logo
logo logo
logo

Başqa bir planetdən radyo siqnalı alındı - Kosmosda tarixi KƏŞF 

11:57 - 22 Sentyabr 2026

Başqa bir planetdən radyo siqnalı alındı - Kosmosda tarixi KƏŞF 

Harvard-Smitson Astrofizika Mərkəzi və Oreqon Universitetinin tədqiqatçıları Yerdən 63,4 işıq ili məsafəsində yerləşən Beta Piktoris b planetindən gələn radio siqnallarını ilk dəfə birbaşa qeydə alıblar.


Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, müəyyən edilib ki, siqnallar yadplanetli həyatın izləri deyil, planetin güclü maqnit sahəsinin yaratdığı qütb parıltıları ilə bağlıdır.

Astronomlar Günəş sistemindən kənarda yerləşən bir planetdən gələn radio siqnallarını ilk dəfə birbaşa müəyyən etməklə mühüm elmi nəticə əldə ediblər.

Əvvəllər planetlərin yerləşdiyi ulduz sistemlərindən radio siqnalları qeydə alınmışdı. Lakin həmin siqnalların ulduzdan, yoxsa planetlərdən qaynaqlandığını dəqiq müəyyənləşdirmək mümkün olmurdu.

Yeni müşahidələr isə radio siqnallarının məhz Beta Piktoris b ilə əlaqəli olduğunu göstərir. Alimlərin qənaətinə görə, bu siqnallar planetin güclü maqnit sahəsinin təsiri nəticəsində yaranan qütb parıltılarından qaynaqlanır.

Tədqiqat Günəş sistemindən kənarda yerləşən planetlərin maqnit sahələrinin öyrənilməsi üçün yeni imkanlar yaradır. Planetlərin maqnit sahələrinin onların atmosferlərinin qorunmasında və kosmik mühitlə qarşılıqlı əlaqəsində mühüm rol oynadığı hesab edilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az