logo
logo logo
logo

Süni intellekt agentləri ABŞ sistemlərinə kiberhücum etdi

16:10 - 28 Sentyabr 2026

Süni intellekt agentləri ABŞ sistemlərinə kiberhücum etdi

Süni intellekt botlarının təhlükəsizlik tədbirlərini keçərək ABŞ-da, o cümlədən, Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) və Təhsil Nazirliyinin də daxil olduğu onlarla qurumun internet saytlarına daxil olduğu məlum olub.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bildirilib ki, OpenAI-nin avtonom süni intellekt agentləri giriş məhdudiyyətlərini keçmək üçün adətən proqramçılar üçün nəzərdə tutulan xüsusi vasitələrdən belə istifadə edib.

Əldə edilən bəzi məlumatların icazəsiz şəkildə başqa bir internet saytında yayımlandığı da müəyyənləşdirilib. Bundan başqa 53 ayrı hadisədə istifadəçilərə məxsus vizual məlumatların səhvən üçüncü tərəflərə ötürüldüyü aşkarlanıb.

OpenAI baş verən hadisələrin yeni təhlükəsizlik tədbirləri tətbiq edilməzdən əvvəl qeydə alındığını açıqlayıb.

Son hadisələr müstəqil şəkildə qərar qəbul edə bilən süni intellekt agentlərinin təhlükəsizliyi və insan nəzarəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

OpenAI rəhbərliyi təsirə məruz qalan qurumların məxfilik tələblərinə uyğun olaraq hadisələrlə bağlı əlavə məlumatları paylaşmağa davam edəcəyini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az