logo
logo logo
logo

Belçikada tələbələr təhsil islahatlarına qarşı etiraz aksiyası keçirir

17:10 - 06 Oktyabr 2026

Belçikada tələbələr təhsil islahatlarına qarşı etiraz aksiyası keçirir

Belçikada təhsil islahatlarına qarşı çıxan tələbələr paytaxt Brüsseldə orta məktəblərdən birinin girişini bağlayaraq həftəboyu davam edəcək etiraz aksiyasına başlayıblar.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, tələbələr İksel bələdiyyəsində fransızdilli təhsil verən Atene Şarl Jansen məktəbinin girişini bağlayıblar.

Tələbələr etiraz aksiyasını oktyabrın 9-da keçiriləcək ümummilli etiraz gününədək davam etdirməyi planlaşdırırlar.

Məktəbdə həftə ərzində dərslər dayandırılıb. İksel bələdiyyəsinin aidiyyəti üzrə məsul nümayəndəsi Qotye Kalomn aksiyanın dinc şəkildə davam etdiyini bildirib.

Fransızdilli təhsil sahəsində büdcə ixtisarlarına qarşı çıxan və daha əvvəl də etiraz aksiyaları təşkil edən “Mars Attacks” təşəbbüs qrupu oktyabrın 7-də Brüsseldə aksiya keçirəcəyini açıqlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az