logo
logo logo
logo

Erməni deputatın Rusiyaya girişinə qadağa qoyuldu 

19:40 - 14 Oktyabr 2026

Erməni deputatın Rusiyaya girişinə qadağa qoyuldu 

Ermənistan parlamentinin hakim “Mülki Müqavilə” fraksiyasının deputatı, Səhiyyə məsələləri daimi komissiyasının sədri Lusine Badalyanın Rusiyaya girişinə qadağa qoyulub.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, erməni deputat oktyabrın 15-də Sankt-Peterburqda keçirilməsi planlaşdırılan MDB Parlamentlərarası Assambleyasının (PAA) Sosial siyasət və insan hüquqları daimi komissiyasının növbəti iclasında iştirak etməli idi.

Badalyan özünün “Facebook” səhifəsində paylaşım edərək baş verənlər barədə məlumat verib:

“Bu gün, oktyabrın 14-də Sankt-Peterburqa yola düşməyi planlaşdırırdım. Lakin Rusiyaya girişimə icazə verilmədi və bildirildi ki, ölkəyə girişim qadağandır. Səbəbi isə bəlli deyil”.

Badalyan Rusiyanın bu addımını təəccüblü və narahatlıq doğuran hal adlandırıb. O vurğulayıb ki, rəsmi parlament nümayəndə heyətinin üzvünün beynəlxalq təşkilatın mənzil-qərargahına buraxılmaması və rəsmi vəzifələrini yerinə yetirməsinə mane olunması qəbulolunmazdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az