Yəməndə fəaliyyət göstərən, İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Müdafiə Nazirliyinin binasına, Dammamdakı Kral Fəhd Beynəlxalq Hava Limanına, Yanbudakı “Aramco” şirkətinin obyektinə və Abha Beynəlxalq Hava Limanına hücum etdiklərini bildiriblər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Yəməndə İranın dəstəklədiyi husilərlə beynəlxalq ictimaiyyət tərəfindən tanınan Yəmən hökumətini dəstəkləyən Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri arasında qarşılıqlı hücumlar davam edir.
Husilərin hərbi sözçüsü Yəhya Səri açıqlamasında son 48 saat ərzində ballistik raketlər və pilotsuz uçuş aparatları ilə dörd hücum həyata keçirdiklərini bildirib.