logo
logo logo
logo

30 il sonra Nyu-Yorkda İLK

16:03 - 03 Noyabr 2026

30 il sonra Nyu-Yorkda İLK

ABŞ-nin Nyu-York ştatında 30 ildən sonra qızılca səbəbindən ilk uşaq ölümünün baş verdiyi bildirilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Nyu-York ştatının qubernatoru Keti Hoçul (Kathy Hochul) ştatın Lyuis (Lewis County) bölgəsində bir uşağın qızılca xəstəliyinə yoluxduqdan sonra həyatını itirdiyini açıqlayıb.

Uşağın vəfat etməsindən dərin kədər duyduğunu bildirən Hoçul: "Bu hal Nyu-Yorkda son 30 ildə qızılca mənşəli ilk ölüm hadisəsidir", – deyə vurğulayıb.

Yaşanan bu insan itkisinin getdikcə daha çox ailənin peyvənd etdirməkdən imtina etməsindən qaynaqlandığını söyləyən Hoçul, bu vəziyyətin ictimai sağlamlığı qoruma mexanizmlərinin zəiflədiyinə dair bir işarə olduğunu qeyd edib.

Hoçul bu ölümün ABŞ administrasiyasının amerikalıları qarşısı alına bilən xəstəliklərdən qorumaq mövzusunda "onilliklər ərzində əldə edilən irəliləyişi qəsdən zəiflətməsinin nə qədər ağır nəticələr doğura biləcəyini göstərən dağıdıcı bir xatırlatma" olduğunu irəli sürüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az