logo
logo logo
logo

Monqolustan Prezidenti istefa qərarı verdi

17:32 - 17 Noyabr 2026

Monqolustan Prezidenti istefa qərarı verdi

Monqolustan Prezidenti Xurelsux Uxnaa barəsində irəli sürülən korrupsiya ittihamları ilə əlaqədar vəzifəsindən istefa vermək qərarına gəldiyini açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Monqolustanın müxalifətdə olan Demokrat Partiyasının Prezident Xurelsux Uxnaanı və hakim Monqolustan Xalq Partiyasının rəhbərlərini korrupsiyada ittiham etməsi istefa qərarına səbəb olub.

Xurelsux açıqlamasında nüfuzunu bərpa etmək məqsədilə istefa vermək qərarına gəldiyini bildirib.

“Demokrat Partiyası həqiqətin üzə çıxması üçün vəzifəmdən istefa verməli olduğumu bildirdi. Mən də bu fikirlə razıyam. Buna görə Monqolustan Prezidenti vəzifəsindən istefa verəcəyəm. Barəmdə araşdırma aparılacaq və nüfuzum bərpa olunacaq”, – deyə o qeyd edib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az