Vatikan tərəfindən mərhum Papa Fransiskin şəxsi gündəliyindən dərc olunan hissələrdə diqqətçəkən ifadələr yer alıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fransisk həyatı boyu iki dəfə Buenos-Ayresdə, bir dəfə isə 2018-ci ildə Çiliyə səfərindən sonra şeytanla qarşılaşdığını düşündüyünü yazıb.
Katolik dünyasının mərhum ruhani lideri Papa Fransiskin şəxsi gündəliyindən yayımlanan qeydlər böyük marağa səbəb olub. “Associated Press” (AP) agentliyinin məlumatına görə, Fransisk gündəliyində həyatı boyunca üç dəfə şeytanla qarşılaşdığına inandığını bildirib.
Papa bu qarşılaşmalardan ikisinin Argentinanın paytaxtı Buenos-Ayresdə, üçüncüsünün isə 2018-ci ildə Çiliyə həyata keçirdiyi və mübahisələrə səbəb olan səfərdən sonra baş verdiyini qeyd edib.
O, üçüncü qarşılaşma zamanı şeytanın ona “Artıq istədiyim hər şeyi əldə etmişəm” dediyini yazıb.
Fransisk gündəliyində, həmçinin 2021–2022-ci illərdə dərin mənəvi böhran yaşadığını və hakimiyyətindən sui-istifadə etmək istəyinə qarşı mübarizə apardığını da etiraf edib.