Banqladeşdə tekstil işçilərinin keçirdiyi etiraz aksiyaları nəticəsində hazır geyim sənayesində işə yeni başlayan əməkdaşlar üçün aylıq minimum əməkhaqqı 36 faiz artırılaraq 17 min takaya (136 ABŞ dolları) çatdırılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ölkə hökumətinin yaratdığı xüsusi komissiya davam edən etirazlardan sonra tekstil sənayesində əməkhaqqı məsələsi ilə bağlı açıqlama yayıb.
Açıqlamada bildirilib ki, işçi və işəgötürən nümayəndələri arasında təxminən 12 saat davam edən danışıqlardan sonra sektorda işə yeni başlayan əməkdaşlar üçün minimum əməkhaqqının 12 min 500 takadan (100 ABŞ dolları) 17 min takaya (136 ABŞ dolları) qaldırılması barədə razılıq əldə olunub. Beləliklə, aylıq minimum əməkhaqqı 36 faiz artırılıb.