Novxanıda ağır qəza: Ölənlər var

11:09 - 01 İyun 2024

Novxanıda ağır qəza: Ölənlər var

Abşeron rayonu ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

 

Manset.az xəbər verir ki, 2001-ci il təvəllüdlü Həşimov Fərid İftixar oğlu idarə etdiyi "Daewoo Gentra" markalı avtomobillə Abşeron rayonu, Novxanı kəndi istiqamətdə hərəkətdə olarkən idarəetməni itirib və əks yola çıxıb.

Nəticədə həmin yolda hərəkətdə olan 1986-cı il təvəllüdlü Eynullayev Zaur Eynulla oğlunun idarə etdiyi "Ural 4320" markalı yük avtomobili ilə toqquşması nəticəsində Fərid Həşimov və onun maşınında olan sərnişin, 1989-cu il təvəllüdlü Xudiyev Emin Cahangir oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb, istintaq aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az