Bu gün Şəkinin ucqar Kiçik Dəhnə kəndində üç yaşlı uşağı sahibsiz it dişləyib.
Manset.az Bizim.Mediaya istinadən xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə küçə qapısının açıq olması səbəbindən uşaq bu istiqamətə yeriyib.
Həmin anlarda qapının qarşısından keçən sahibsiz it uşağa hücum çəkib və Elbəy Qədirlinin sağ ayağının baldır nahiyyəsindən dişləyib.
Ailə üzvlərinin köməyi ilə Elbəy Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Uşağa quduzluq əleyhinə peyvənd vurulduqdan sonra müayinələrdən keçirilib.
Bədənində başqa fəsadlar olmadığından Elbəy Qədirli ambulator müalicə almaq şərti ilə evə göndərilib. Həkimlər onun həyati təhlükəsinin olmadığını, kəndin tibb məntəqəsində mütəmadi nəzarətdə saxlanacağını bildiriblər.