Metroda qatarların hərəkəti bərpa olunub - YENİLƏNİB

14:29 - 02 İyun 2024

Metroda qatarların hərəkəti bərpa olunub - YENİLƏNİB

"Xətlər üzrə yubanma 1 saata yaxın olub. Hazırda xətlər üzrə qatarların hərəkəti ilə bağlı hər hansısa ciddi problem yoxdur."

 

Bu barədə Manset.az-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

 

***

 

13:52

 

"Bakı Metrosunda qatarların hərəkəti bərpa olunub".

 

Bu barədə APA-ya "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

 

O deyib ki, hazırda xətlərdə intervalların bərpa olunması istiqamətində operativ tədbirlər görülür:

 

"Hadisə zamanı stansiyaya daxil olan qatar xətdən çıxarılıb, "Nərimanov" elektrik deposuna göndərilib. Əvəzinə depodan qatar verilib. Sərnişin xarici görkəminə görə 65-70 yaş arasıdır və cinsi kişidir".

***

Metronun "28 May" stansiyasında qatarın yoluna düşən sərnişin ölüb.

Bu barədə Manset.az-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Qeyd edilir ki, onun meyiti stansiya yolundan çıxarıldıqdan sonra hərəkət bərpa olunacaq.

Hadisə ilə əlaqədar xətlərdə yubanma olub.

13:38

"28 May" metrostansiyasında sərnişin stansiya yoluna düşüb.

Bu barədə Manset.az-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Qeyd edilir ki, hadisə ilə əlaqədar xətlərdə yubanma var.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az