Astarada yol nəqliyyat hadisəsi baş verib.
Manset.az apa.az-a istinadən xəbər verir ki, hadisə Astara rayonun Züngüləş kəndində baş verib.
Hərəkətdə olan "QAZ - 66" markalı yük maşını, velosipedlə hərəkətdə olan Astara rayonunun Ərçivan qəsəbə sakini 2010-cu il təvəllüdlü O.N-u vurub.
Qəza nəticəsində yeniyetmə ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan yeniyetmə dərhal əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.