Taksi sürücüsü işləyən qohumu ilə əlbir olub “Bank of Baku”nun Şirvan filialında külli miqdarda qanunsuz kredit ayırmaqda təqsirləndirilən həmin bankın kredit mütəxəssisinin və qohumunun cinayət işləri üzrə məhkəmə prosesi yekunlaşıb.
Manset.az Report-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Hökmə əsasən, “Bank of Baku”nun Şirvan filialının kredit mütəxəssisi olmuş Abbasov Bəhrəm Abdulla oğlu iki il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə səkkiz il altı ay müddətə azadlıqdan məhrum edilib.
Onun barəsində olan “polisin nəzarətinə vermə” qətimkan tədbiri ləğv edilərək məhkəmə zalında həbs edilib.
Cinayət işi üzrə təqsirləndirilən taksi fəaliyyəti ilə məşğul olmuş və Bəhrəm Abbasovun qohumu Rzayev Əziz Xəqani oğlu isə iki il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə səkkiz il üç ay müddətə azadlıqdan məhrum edilib.
Onun barəsində də “polisin nəzarətinə vermə” qətimkan tədbiri ləğv edilərək məhkəmə zalında həbs edilib.
İttihama görə, bankın kredit mütəxəssisi Bəhrəm Abbasov taksi fəaliyyəti ilə məşğul olan qohumu Əziz Rzayev ilə əlbir olub onlara müraciət edən, eləcə də qanunla kredit ayrılması mümkün olmayan şəxslər barəsində bankın sənədlərinə yalan məlumatlar daxil etməklə 168 min 200 manat qanunsuz kredit ayırıb.
Həmçinin kredit üçün müraciət etmiş şəxslərdən ayrılan məbləğin müəyyən hissəsini rüşvət qismində almaqda ittiham edilib.
Məlumata görə, taksi fəaliyyəti ilə məşğul olan Əziz Rzayev isə ona kredit üçün müraciət etmiş şəxsləri yönləndirərək onları müxtəlif yerlərdən banka aparıb-gətirmək işləri ilə məşğul olub.
Bəhrəm Abbasov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, Əziz Rzayev isə həmin məcəllənin 32.5, 308.1, 32.5, 311.3.2 və 32.5, 313 (qeyd edilən cinayətlərdə kömək etmə) maddələri ilə ittiham ediliblər.
"Bank of Baku"nun əməkdaşı taksi sürücüsü ilə əlbir olaraq qanunsuz kreditlər ayırıb
10:29 - 07 Dekabr 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
19 Sentyabr 2026 - 18:52
Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb - FOTOLAR
20 Sentyabr 2026 - 00:01
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19 Sentyabr 2026 - 20:34
Şahin Bağırov onları rəis təyin etdi - YENİLƏNİB
19 Sentyabr 2026 - 23:56
Meysəridə festival axşamı - FOTOLAR
19 Sentyabr 2026 - 17:14
Yağış yağır, şimşək çaxır - Faktiki hava
19 Sentyabr 2026 - 18:31
Bilgəhdə dənizdə 2 nəfər batdı - Axtarışlar davam etdirilir
19 Sentyabr 2026 - 17:53
Qaxda 2 maşın toqquşdu: Ölən var - FOTO
19 Sentyabr 2026 - 19:17
Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş rejimdə işləyəcək
19 Sentyabr 2026 - 19:32
"Turan Tovuz" "Zirə"ni məğlub etdi
19 Sentyabr 2026 - 17:33
Bakıda yaşayış binasında YANĞIN
19 Sentyabr 2026 - 21:32
"Sabah" ardıcıl 5-ci qələbəsini qazandı
19 Sentyabr 2026 - 19:52
66 yaşlı kişini motosiklet vurdu - FOTO
Xəbər xətti
- 20 Sentyabr 2026
- 16:59 Moskvada azərbaycanlıların çalışdığı bazarda dron PARTLAYIŞI
- 16:24 İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi - FOTOLAR
- 16:07 Moskvada benzin satışına limit qoyuldu
- 15:50 Üzüm və Şərab Festivalının ikinci günü başladı - VİDEO
- 15:30 Hava şəraiti ilə əlaqədar sürücülərə MÜRACİƏT
- 15:10 "Tarixi missiya uğurla yerinə yetirildi" - DİN
- 15:00 "20 sentyabr Azərbaycanın zəfər tarixidir"
- 14:48 Bir neçə gün əvvəl itkin düşmüşdü - Meyiti quyudan tapıldı
- 14:33 Türkiyə MMN-dən Azərbaycana TƏBRİK
- 14:17 Fransada polislərlə motosikletçilər toqquşdu - 5 nəfər saxlanıldı
- 14:00 İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi
- 13:42 "20 Sentyabr Dövlət Suverenliyimizin təntənəsidir" - Vasif Qafarov
- 13:23 İran Hörmüzlə bağlı son qərarını açıqladı
- 13:05 Bakıda zəncirvari qəza - 3 avtomobil toqquşdu
- 12:45 Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürüldü
- 12:15 Sabah bu ərazilərə yağış yağacaq - Dolu düşəcək
- 11:53 Faktiki hava açıqlandı
- 11:35 Pakistan XİN Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik etdi
- 11:15 "Yuventus"un qapıçısı diz zədəsi aldı
- 10:58 Moskvaya kütləvi PUA hücumu - 2 nəfər öldü
- 10:40 Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşdü
- 10:20 “Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir”
- 10:07 XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı BƏYANAT
- 09:50 Türkiyədə sərnişin avtobusu qəzaya uğradı - 18 nəfər xəsarət aldı
- 09:32 “Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
- 09:15 Ağır qəzada yaralanan sürücü öldü
- 09:00 Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı - VİDEO
- 08:30 Əllərin keyiməsi və üşüməsi nəyin əlamətidir?
- 08:00 Bəzi insanlar niyə başqasının uğuruna sevinə bilmir?
- 01:30 Əl ilə yazmaq yaddaşı gücləndirir
- 00:30 Dünya nəhəngləri 15 yaşlı futbolçu üçün mübarizə aparır
- 00:12 Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
- 00:01 Azərbaycanda Dövlət Suverenliyi Günüdür
- 19 Sentyabr 2026
- 23:56 Meysəridə festival axşamı - FOTOLAR
- 23:43 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” - VİDEO
- 23:21 Ərdoğan ABŞ-yə səfər edəcək
- 23:02 "Trabzonspor" "Qalatasaray"a qalib gəldi
- 22:44 Üzeyir Hacıbəyli festivalının açılış mərasimi keçirildi - FOTOLAR
- 22:29 Süni İntellekt Qüvvələri yaratdı
- 22:12 "İran ilə ABŞ arasında danışıqlar davam edir" - Əraqçi
- 21:46 Astarada ağır qəza - Yaralılar var
- 21:32 "Sabah" ardıcıl 5-ci qələbəsini qazandı
- 21:15 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib - FOTO
- 20:51 İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərdi
- 20:34 Şahin Bağırov onları rəis təyin etdi - YENİLƏNİB
- 20:16 Bakıda 4 marşrutun hərəkət sxemi müvəqqəti DƏYİŞDİRİLİR
- 19:52 66 yaşlı kişini motosiklet vurdu - FOTO
- 19:32 "Turan Tovuz" "Zirə"ni məğlub etdi
- 19:17 Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş rejimdə işləyəcək
- 18:52 Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb - FOTOLAR
- 18:31 Bilgəhdə dənizdə 2 nəfər batdı - Axtarışlar davam etdirilir