Hacıqabulda iri yük avtomobili aşıb.
Manset.az Lent.az-a istinadla xəbər verir ki, hadisə "Qədir-Xum" restoranının qarşısında qeydə alınıb.
Bakı istiqamətində hərəkət edən taxıl daşıyan TIR qəfil aşıb və bütün yükü yola dağılıb. Nəticədə həmin istiqamətdə tıxac yaranıb.
Hazırda yola dağılan taxılın təmizlənməsi işləri görülür.
 
                                 
                                 
                                 
                                 
             
                 
                                 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            