Lənkəranda qadın qətlə yetirildi: Əri könüllü təslim oldu - YENİLƏNİB

10:23 - 24 Avqust 2025

Lənkəranda qadın qətlə yetirildi: Əri könüllü təslim oldu - YENİLƏNİB

Lənkəranda qadını qətlə yetirməkdə şübhəli bilinən əri könüllü polisə təslim olub.


Manset.az APA-ya istinadən xəbər verir ki, Əfsanə Lələzadəni qətlə yetirməkdə şübhəli bilinən 32 yaşlı Nicat Lələzadə polisə gedərək təslim olub.

    Hadisənin baş vermə səbəbləri araşdırılır.

    ***

    10:09

    Lənkəranda qadın qətlə yetirilib.


    Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun Liman şəhəri ərazisində baş verib.

      1991-ci il təvəllüdlü Əfsanə Əkbər qızı Lələzadə bədənin müxtəlif nahiyələrində və boynunda kəsilmiş-deşilmiş yaralarla Lənkəran rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

      O, xəstəxanaya daxil olarkən həkiməqədər ölüm faktı qeydə alınıb.

      Ə.Lələzadənin qətlində həyat yoldaşı şübhəli bilinir.

      Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

      Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


      Digər xəbərlər

      Xəbər xətti

      Bütün xəbər xətti
      yenielan.az
      yenielan.az