72 yaşlı kişi dənizdə boğuldu 

22:29 - 24 Avqust 2025

72 yaşlı kişi dənizdə boğuldu 

Astarada ahıl kişi bədbəxt hadisə nəticəsində ölüb.


Manset.az xəbər verir ki, hadisə rayonun Xəzər dənizi sahilində yerləşən Qamışoba kəndi ərazisində baş verib.

Astara rayonunun Bala Şahağac kənd sakini 1953-cü il təvəllüdlü Xudaverdi Ağarza oğlu Məmmədov dəniz havası almaq və çimmək üçün dənizə gəlib.

Ehtimal olunub ki, o, suda olarkən ürəktutması keçirib və suya yıxılıb. Halsız olan X.Məmmədov boğularaq ölüb. Çimərlikdə olan şəxslər meyiti aşkar edərək onu sudan çıxarıblar.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunaraq hadisə yerinə baxış keçiriblər.

Müəyyən olunub ki, boğulan şəxs fiziki qüsurlu (lal və kar) olub. Onun şəxsi əşyaları tapıldığı ərazidən təxminən 100 metr aralıda müəyyən edilərək götürülüb.

Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az