Tovuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 2020-ci il təvəllüdlü S. Ələkbərovu vurub. Azyaşlı dərhal xəstəxanaya çatdırılıb və onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.