Sumqayıt şəhərində talama cinayəti qeydə alınıb.
Manset.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Zərərçəkənlər polisə müraciət edərək ümumilikdə 5650 manatlıq inşaat materillarının oğurlandığını bildiriblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluqla əlaqəli cinayətə görə məhkum olunan 40 yaşlı M.Hüseynov müəyyən edilərək saxlanılıb.
Binəqədi rayonunda isə bir nəfərin 3900 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən 42 yaşlı R.Kərimov və əvvəllər məhkum olunmuş G.Kazımova da polis əməkdaşları tərəfindən saxlanılıblar.
Araşdırmalar davam etdirilir.