Bakıda yaşayış binasında YANĞIN: Sakinlər təxliyə olunur - VİDEO

20:39 - 14 Noyabr 2025

Bakıda yaşayış binasında YANĞIN: Sakinlər təxliyə olunur - VİDEO

Axşam saatlarında Hövsan qəsəbəsində yerləşən yaşayış binalarının birində güclü yanğın başlayıb. 


Manşet.az-ın əldə etdiyi məlumata görə, yanğın qəsəbənin “10-cu binalar” deyilən ərazisindəki binalardan birinin üstündə baş verib. 

İlkin məlumata görə, yanğına binanın liftində baş verən qısa qapanmanın səbəb olduğu deyilir. 

Əraziyə FHN-nin yanğınsöndürən əməkdaşları cəlb olunub. Lakin binanın həyəti sıx ağaclıq ərazi olduğundan onların yanğını söndürməkdə çətinlik çəkdikləri bildirilir. 

Hazırda yanğın davam edir, sakinlər binadan təxliyə olunur.




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az