logo
logo logo
logo

Mərdəkanda daha bir nəfər batdı

12:42 - 07 İyul 2026

Mərdəkanda daha bir nəfər batdı

Dünən axşam FHN-in “112” qaynar telefon xəttinə Xəzər rayon Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.


Manset.az nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunaraq axtarışlara başlanılıb.

Hazırda vətəndaş - 2010-cu il təvəllüdlü Hümbətov Vüsal Arif oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar davam etdirilir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, dünən Mərdəkanda gənc bacı-qardaş da dənizdə boğularaq ölüb. Onlardan birinin meyiti sudan çıxarılsa da, digərinin axtarışı davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az