Hacıqabulda kişinin güllələnmiş meyiti tapılıb.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Udulu kəndində qeydə alınıb.
31 yaşlı İxtiyar Səmədovun meyiti kənddəki meşəlik ərazidə aşkarlanıb. Onun çoban kimi fəaliyyət göstərdiyi bildirilir.
Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə cəlb olunub, araşdırma aparılır.