Göygöldə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan VAZ markalı minik avtomobili yolu keçmək istəyən 2000-ci il təvəllüdlü N. Misirovu vurub.
Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.