logo
logo logo
logo

Lənkəranda 3 yaşlı uşaq atalığı tərəfindən döyüldü

12:45 - 25 Sentyabr 2026

Lənkəranda 3 yaşlı uşaq atalığı tərəfindən döyüldü

Lənkəranda atalığı tərəfindən döyülən 3 yaşlı uşağın vəziyyəti ağır qiymətləndirilir.


Manset.az-ın verdiyi xəbərə görə hadisə bu səhər şəhər ərazisində qeydə alınıb. Belə ki, 2023-cü il təvəllüdlü Ə.E müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Uşağa ilkin tibbi xidmətlər göstərilib, vəziyyəti ağır qiymətləndirilir. Valideynlər, ilkin məlumatda uşaqlarının digər uşaqlarla oynayərkən xəsarət aldığını iddi ediblər. Araşdırmalarla məlum olub 3 yaşlı uşaq atalığı tərəfindən döyülüb. Artıq aidiyyəti qurumlar hərəkətə keçib. Uşağın səhhəti və təhlükəsizliyi nəzarətə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hazırda qeyd edilən faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır. Müvafiq ekspertiza təyin edilib, araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az