logo
logo logo
logo

Kürdəmirdə BƏDBƏXT HADİSƏ - Çobanı ildırım vurdu 

09:08 - 30 Sentyabr 2026

Kürdəmirdə BƏDBƏXT HADİSƏ - Çobanı ildırım vurdu 

Kürdəmir rayonunun Şıxımlı kəndində bədbəxt hadisə baş verib.


Manset.az Baku TV-yə istinadən xəbər verir ki, hadisə sentyabrın 29-da kənd ərazisində qeydə alınıb. Ərazidə çobanlıq edən Ağsu rayonunun Qasımbəyli kənd sakini, 1975-ci il təvəllüdlü Zahir Vahid oğlu Hacalıyevi ildırım vurub.

Hadisə nəticəsində Zahir Hacalıyev həyatını itirib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, mərhumun meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib.

Şıxımlı kənd sakini Baba Cəlalov bildirib ki, axşam saatlarında heyvanların sahədən geri qayıtdığını görüblər. Lakin çobanın, atın və itin olmadığını müəyyən etdikdən sonra ərazidə axtarış aparıblar. Nəticədə çobanın və iki qoyunun ildırım vurması nəticəsində öldüyünü görüblər.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az