Piyada keçidindən keçməyən qadını maşın vurdu

20:04 - 12 Oktyabr 2023

Piyada keçidindən keçməyən qadını maşın vurdu

Bir neçə metr yaxınlıqda piyada keçidi olmasına baxmayaraq, yolun müəyyən olunmayan hissəsindən keçən piyadanı minik avtomobili vurub.

 

Manset.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yol-nəqliyyat hadisəsi bu gün axşam saatlarında paytaxtın Xətai rayonu, Yusif Səfərov küçəsində baş verib. Müşahidə kameralarının qeydə aldığı görüntülərə əsasən, deyə bilərik ki, xüsusilə də Yusif Səfərov küçəsində yeraltı və nizamlanan piyada keçidləri olmasına baxmayaraq bəzi piyadalar yolun hərəkət hissəsindən istifadə etməklə yolu keçirlər.

Belə olduqda da, təəssüflər olsun ki, piyadaların vurulması ilə nəticələnən qəzaların baş verməsi qaçılmaz olur.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bir daha vətəndaşları piyada keçidlərindən istifadə etməyə çağırır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az