Bakıda yol qaydalarını pozan sürücüdə narkotik vasitə aşkarlandı

19:48 - 14 Oktyabr 2023

Bakıda yol qaydalarını pozan sürücüdə narkotik vasitə aşkarlandı

Sosial şəbəkələrdə paytaxt ərazisində "Toyota Prius" markalı avtomobilin sürücüsünün qeyri-adekvat hərəkətlər etməsini özündə əks etdirən görüntülər yayılıb.

 

Manset.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov məlumat verib. Bildirib ki, görüntülər əsasında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin sürücü paytaxt sakini, əvvəllər məhkum olunmuş 1965-ci il təvəllüdlü İlham Qafarov müəyyən edilərək saxlanılıb.

Onun üzərindən narkotik vasitə heroin aşkar edilib.

Araşdırmalarla İ.Qafarovun narkotik vasitə aludəçisi olduğu və icarəyə götürdüyü avtomobillə Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib.

Hazırda Nəsimi RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az