Azərbaycanda avtomobil piyadanı vuraraq öldürdü

21:54 - 15 Oktyabr 2023

Azərbaycanda avtomobil piyadanı vuraraq öldürdü

Göygöldə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Manset.az "Report" - istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarının birinin yaxınlığında qeydə alınıb.

Avtomobilin vurduğu piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Onun kimliyi dəqiqləşdirilir. Meyit tibbi ekspertizaya aparılıb. İlkin məlumata görə, həmin şəxs toy mərasimindən çıxan qonaqlardan biri olub.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az