"Qalatasaray"dan super transer - "Barselona"nın ulduzu gələ bilər

18:14 - 30 May 2024

\"Qalatasaray\"dan super transer - \"Barselona\"nın ulduzu gələ bilər

Super Liqa çempionu "Qalatasaray" "Barselona"dan İlkay Gündoğanı transfer siyahısına əlavə edib. 


Manset.az türk mediasına istinadən xəbər verir ki, klub prezidenti türk əsilli almaniyalı futbolçu ilə şəxsən görüşəcək.

"Sarı-qırmızılar" yay transfer pəncərəsində İlkay Gündoğanı heyətə qatmaq üçün təklifini təqdim edəcək.

"Barselona"da çıxış edən İlkay Gündoğan "Qalatasaray"a sevgisi ilə tanınır. O, daha əvvəl "Qalatasaray" azarkeşi olduğunu açıqlamışdı.

Premyer Liqa təmsilçisi "Mançester Siti"dən ayrılaraq 2023-cü ilin iyulunda "Barselona"ya transfer olan İlkay Gündoğan bu mövsüm Kataloniya nəhəngi ilə 49 matçda forma geyinib, 5 qol vurub, 13 məhsuldar ötürmə edib.

Karyerası ərzində "Nürnberq", "Borussia Dortmund", "Mançester Siti" və "Barselona"da çıxış edən 33 yaşlı türk əsilli alman futbolçu 1 Çempionlar Liqası, 5 Premyer Liqa, 1 Bundesliqa, 2 İngiltərə Kuboku, 1 Almaniya Kuboku, 4 İngiltərə Liqa Kuboku, 2 Almaniya Super Kuboku, 2 İngiltərə Super Kuboku qazanıb.

Jalə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az