AFFA “Qəbələ”yə 700 min manat vəsait ayıracaq

21:02 - 03 İyun 2024

AFFA “Qəbələ”yə 700 min manat vəsait ayıracaq

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

 

Manset.az  xəbər verir ki, iclasda əvvəlcə AFFA-nın 2024-cü il üçün büdcəsi müzakirə edilib. 

“Qəbələ” İdman Klubuna akademiya və infrastrukturun saxlanılması məqsədilə bir il müddətinə 700 000 (yeddi yüz min) manat maliyyə vəsaitinin ayrılması qərara alınıb. Bu xüsusda “Qəbələ” İK-ya dəstək üçün müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarının, həmçinin hakimlərin Qəbələdə təlim-məşq toplanışlarının keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, “Qəbələ” növbəti mövsüm birinci divizionda mübarizə aparacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az