İkinci liqaya vəsiqə qazanan komanda müəyyənləşdi

20:04 - 05 İyun 2024

İkinci liqaya vəsiqə qazanan komanda müəyyənləşdi

Azərbaycan II Liqasında çıxış edəcək növbəti klubun adına aydınlıq gəlib.

 

Manset.az  xəbər verir ki, Azərbaycan II Liqasını 13-cü sırada bitirən “Şəfa” klubu AFFA Region Liqasının ikincisi “Hypers” klubu ilə pley-off mərhələsinin cavab qarşılaşması çərçivəsində üz-üzə gəlib.

“Bayıl Arena”da keçirilən matç “Hypers”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İlk oyunda da qalib gələn (2:0) Vüqar Nadirovun baş məşqçisi olduğu kollektiv iki görüşün nəticəsinə əsasən 2024/2025 mövsümündən etibarən Azərbaycan II Liqasında çıxış etmək hüququ qazanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az