Azərbaycan Premyer Liqasına vəsiqə qazanan “Şamaxı” heyətini daha bir legioner futbolçu ilə gücləndirib.
Manset.az İdman.biz-ə istinadən xəbər verir ki, klubun mətbuat xidməti bu barədə məlumat yayıb.
Şamaxı, təmsilçisi gürcüstanlı yarımmüdafiəçi Georgi Kantariya ilə müqavilə imzalayıb. Tərəflər arasında razılaşma 1 illik nəzərdə tutulub.
Kantariya əvvəl Azərbaycanda çıxış edib. 27 yaşlı futbolçu 2022/2023 mövsümündə "Kəpəz"in formasını geyinib. Georginin çıxış etdiyi son klub “Nejmeh” (Livan) olub.
Qeyd edək ki, "Şamaxı" ilk legioner transferini Brahim Konate ilə həyata keçirib.