Bir zamanlar Türkiyədə də çıxış edən və "Barselona" ilə liqa çempionluğunu qazanan amerikalı basketbolçu Jerrod Mustaf dünyasını dəyişib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, amerikalı oyunçunun ölüm xəbərini Merilend Universiteti açıqlayıb.
Onun ölüm səbəbi məlum deyil.
Qeyd edək ki, Mustaf 55 yaşında dünyasını dəyişib.
Şimali Karolinada anadan olan Mustaf 4 mövsüm NBA-da çıxış edib.
