Polşanın “Legiya” klubu baş məşqçi Marek Qolebiyevski ilə əcnəbi futbolçular arasında yaranan anlaşılmazlıqları aradan qaldırmaq üçün dil kursları təşkil etməyi qərara alıb.
Manşet.az xəbər verir ki, Varşava təmsilçisinin polyak dili üzrə dərsləri komandanın təlim məşq bazasında keçiriləcək.
45 dəqiqəlik dərslərdə “Legiya”nın legionerləri, o cümlədən də millimizin hücumçusu Mahir Emreli iştirak edəcək.