"Barselona"nın yeni transferi Dani Alveşin klubdakı illik qazancı məlum olub.
Qol.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. 38 yaşlı müdafiəçi illik 155 min avro qazanacaq. Bu, La Liqanın yüksək divizionda oynayan klublara futbolçusuna ödəməyə icazə verdiyi minimal əmək haqqıdır.
Qeyd edək ki, Kataloniya klubu 2 gün əvvəl Alveşlə mövsümün sonuna qədər müqavilə imzalayıb.