Azərbaycan şahmatçıları Türkiyənin Mersin şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış edirlər.
Manşet.az xəbər verir ki, turnirin B kateqoriyalı yarışında təmsilçilərimizdən İlyas Qarayev altı turdan 5,5 xal toplayaraq liderlər qrupunda yer alıb.
Digər şahmatçılarımızdan Xatun Bağırova, Seyid Hüseyn liderdən yarım xal geri qalırlar.
A kateqoriyalı yarışda isə Misrətdin İsgəndərov 4,5 xalla 2-12-ci yerləri bölüşür.
Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir.