Azərbaycanın qadın karateçisi İrina Zaretska Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünya çempionatında final görüşünü keçirib.
Manşet.az xəbər verir ki, 68 kq çəki dərəcəsində çıxış edən karateçimiz həlledici görüşdə italiyalı Silvia Semeraro ilə qarşılaşıb.
Görüşdən qələbə ilə ayrılan Zaretska karyerasından 2-ci dəfə dünya çempionu adını qazanıb.