"Qalatasaray" öz meydanında "Fənərbağça"ya uduzdu

22:16 - 21 Noyabr 2021

\"Qalatasaray\" öz meydanında \"Fənərbağça\"ya uduzdu

Futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi gerçəkləşib.

Manset.az-ın məlumatına görə, "Qalatasaray" və "Fənərbağça" komandaları arasında baş tutan prinsipial qarşılaşma ölkə çempionatının XIII turuna təsadüf edib. "NEF Stadionu"nda keçirilən görüş Bakı vaxtı ilə saat 20:00-da başlayıb. Oyunu Halil Umut Meler idarə edib. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu, iki kollektivin indiyədək Superliqada 129-cu qarşılaşması olub. Bunların 35-də meydan sahibləri, 51-də isə qonaqlar qələbə qazanıblar. 43 qarşılaşma heç-heçə başa çatıb.

"Qalatasaray" matça 2 itki ilə çıxıb - Arda Turan və Saşa Buy vacib görüşü buraxıb. "Fənərbağça"da isə Altay Bayındır, Enner Valensia və Luis Qustavo zədə səbəbindən matçı kənardan izləyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az