"Turan Tovuz" "Araz-Naxçıvan"ı məğlub etdi

18:50 - 16 Fevral 2025

\"Turan Tovuz\" \"Araz-Naxçıvan\"ı məğlub etdi

"Turan Tovuz" Misli Premyer Liqasında "Araz-Naxçıvan"ı məğlub edib.

 

Manset.az xəbər verir ki, XXIII turun Tovuz şəhər stadionunda baş tutan oyunu meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

47-ci dəqiqədə Naxçıvan təmsilçisinin heyətində İqor Ribeyro qırmızı vərəqə alıb. 86-cı dəqiqədə Hayderson Hurtado qalibiyyət qoluna imza atıb.

Bu nəticədən sonra "Araz-Naxçıvan" 44 xalla ikinci, "Turan Tovuz" 39 xalla 4-cü pillədə qərarlaşıb.

Günün ikinci görüşündə "Qarabağ" "Neftçi"nin qonağı olacaq. Ötən gün "Zirə" səfərdə "Sumqayıt"ı üç cavabsız qolla məğlub edib. Tura fevralın 17-də yekun vurulacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az