Azərbaycandan Moldova millisinə futbolçu çağırıldı

18:05 - 05 Mart 2025

Azərbaycandan Moldova millisinə futbolçu çağırıldı

“Araz-Naxçıvan”ın futbolçusu Kristian Avram Moldova millisinə dəvət alıb.

 

Manset.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qapıçı DÇ-2026-nın seçmə mərhələsində Norveç yığması ilə qarşılaşma üçün milliyə çağırılıb.

Qeyd edək ki, Moldova - Norveç matçı martın 22-də Kişinyovdakı "Zimbru" stadionda keçiriləcək.  


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az