"Omoniya"nın "Qarabağ"a vurduğu qol tarixə düşdü - VİDEO

14:47 - 26 Noyabr 2021

\"Omoniya\"nın \"Qarabağ\"a vurduğu qol tarixə düşdü - VİDEO

UEFA Konfrans Liqasının qrup mərhələsinin V turunda Bakıda "Qarabağ"la keçirdiyi oyun Kiprin "Omoniya" klubu üçün əlamətdar olub.

Manset.az-ın məlumatına görə, Nikosiya təmsilçisi avrokuboklarda 200-cü qoluna imza atıb.

Jordi Qomesin 90-cı dəqiqədəki qolu tarixə düşüb. Komanda buna 154-cü matçda nail olub. Əvvəlki görüşlərdən 52 qələbə və 31 heç-heçə ilə ayrılan komanda 71 dəfə məğlubiyyətə üzülüb.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılmış qarşılaşma 2:2 hesablı ilə yekunlaşıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az