"Sabah" "Keşlə"ni məğlub etdi

16:57 - 27 Noyabr 2021

\"Sabah\" \"Keşlə\"ni məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start verilib.

Manşet.az xəbər verir ki, günün ilk oyununda "Sabah" "Keşlə"ni qəbul edib.

"Bank Respublika Arena"da keçirilmiş qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Sabah"ın qollarını 4-cü dəqiqədə Amin Seydiyev, 12-ci dəqiqədə isə Aleksey İsayev vurub. 47-ci dəqiqədə Sadio Tounkara fərqi azaltmağa müvəffəq olub.

Bununla da ardıcıl ikinci, son 5 turda isə dördüncü qələbəsini qazanan "Sabah" xallarının sayını 14-ə çatdırıb və 5-ci pillədə qərarlaşıb. "Keşlə" isə 10 xalla 7-ci sıradadır.

Qeyd edək ki, günün digər matçında "Neftçi" "Səbail"i qəbul edəcək. Turun digər 2 görüşü noyabrın 28-i və 29-da oynanılacaq. Müvafiq olaraq, "Sumqayıt" "Zirə"ni, "Qəbələ" isə "Qarabağ"ı qəbul edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az