"Beşiktaş"ın aparıcı futbolçusu 3 ay oynamayacaq

17:47 - 04 Dekabr 2021

\"Beşiktaş\"ın aparıcı futbolçusu 3 ay oynamayacaq

Türkiyənin "Beşiktaş" futbol klubu ciddi itki ilə üzləşib.

Manşet.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komandanın aparıcı yarımmüdafiəçisi Jorj-Kevin N Kudu zədələnib.
Səfərdə "Kasımpaşa" ilə 1:1 hesablı heç-heçə etdikləri Türkiyə Super Liqasının XV tur matçında ayaq biləyindən xəsarət alan 26 yaşlı oyunçunun təqribən 3 ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.

Qeyd edək ki, bu mövsüm "Beşiktaş"ın heyətində 9 oyunda meydana çıxan Jorj-Kevin N Kudu 2 qol vurub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az