Nigeriyalı hücumçu Viktor Osimhen bu səhər "Napoli"nin mövsümöncəsi tibbi müayinəsinə çağırılmayıb.
Manset.az xəbər verir ki, bu barədə "CalcioNapoli24" məlumat yayıb.
Məlumata görə, İtaliya klubu Osimhenə məzuniyyət verib və onu bugünkü müayinəyə göndərməyib. Əgər "Qalatasaray"la transfer danışıqları uğursuz olsa, o, "Napoli"də komandadan ayrı məşq edəcək.
Ötən mövsümdə "Qalatasaray"da 41 matçda 37 qol və 8 məhsuldar ötürmə ilə böyük bir performans sərgiləyən Osimhen, İstanbul klubunun transfer hədəfi olaraq qalır.