Osimhenin transferi üçün son tarix açıqlandı

09:48 - 15 İyul 2025

Osimhenin transferi üçün son tarix açıqlandı

Ötən mövsümü icarə əsasında "Qalatasaray"da keçirən və klubun uğurunda mühüm rol oynayan nigeriyalı hücumçu Viktor Osimhenin gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır.


Manset.az xəbər verir ki, bu barədə İtalyan jurnalisti Gianluca di Marzio məlumat verib.

Sarı-qırmızıların nigeriyalı futbolçunu komandalarına cəlb etmək üçün intensiv çalışdıqları bildirilib.

Məlumata görə, "Napoli" Osimhenin transferini tamamlanması üçün "Qalatasaray" klubuna ən geci iyulun 19-u, şənbə gününə qədər vaxt verib.

Xəbərdə qeyd olunur ki, "Napoli" klubunun "Qalatasaray"dan tələb etdiyi bank zəmanətlərini almaq üçün bu tarixə qədər gözləyəcəyi vurğulanıb. Həmçinin, Səudiyyə Ərəbistanının "Əl Hilal" klubu da Osimhenin transferinə dair danışıqları yaxından izləyir.

"Əl Hilal"ın, "Napoli"yə "Qalatasaray"dan daha yüksək təklif etdiyi və daha inandırıcı bank zəmanəti təqdim etməyə hazır olduğu bildirilir. Bununla yanaşı, "Napoli"nin iyulun 19-dan sonra Osimheni "Əl Hilal"a transfer olunmağa təzyiq etməyə başlayacağı da xəbərdə yer alıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az