"Qalatasaray"dan İkardi ilə bağlı qərar - Prosesə başlanıldı

13:35 - 15 İyul 2025

\"Qalatasaray\"dan İkardi ilə bağlı qərar - Prosesə başlanıldı

Qalatasaray, mövsümöncəsi təlim-məşq toplanışına gecikən Mauro İkardi ilə bağlı yeni qərar qəbul edib. İkardi, həyat yoldaşı Wanda Nara ilə boşanmasından sonra övladlarının qəyyumluğu uğrunda məhkəmə mübarizəsi aparır və buna görə tez-tez Argentinaya gedə bilməyəcək.


Manset.az türk mediasına istinadən xəbər verir ki, klub, zədə səbəbilə ötən mövsümdə kənarda qalan İkardinin hazırda tam məşq etmədiyini və ona əlavə məzuniyyət verilməyəcəyini açıqlayıb.

Eyni zamanda, futbolçunun vəkilləri Argentina prokurorluğuna müraciət edərək, İkardinin qızlarının İstanbula təkbaşına getməsinə icazə istəyiblər. Vəkillər, məhkəməyə qızların təhlükəsiz getmələri üçün zəmanət veriblər.

Qalatasaray, futbolçunun şəxsi məsələlərinə diqqət göstərsə də, məşq prosesinə tam qatılmasını tələb edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az