"Neftçi" daha bir futbolçunu heyətinə qatdı

22:22 - 15 İyul 2025

\"Neftçi\" daha bir futbolçunu heyətinə qatdı

"Neftçi" daha bir futbolçunu heyətinə qatıb.


Manset.az xəbər verir ki, klubdan verilən məlumata görə, "ağ-qaralar" ekvadorlu Cordan Rezabala ilə anlaşıb.

25 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

Ekvadorun "İndependyente" klubunun yetirməsi olan Rezabala vətənindən başqa, Meksika çempionatında da çıxış edib. 2024-cü ilin fevralından 2025-ci ilin fevralınadək "Sumqayıt"ın formasını geyinmiş Rezabala bir müddət baş məşqçi Samir Abasovun rəhbərliyi altında da oynayıb. Cordan 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin şərəfini qoruyub, 2019-cu ildə U-20-nin heyətində Cənubi Amerika çempionu olub.

Qeyd edək ki, bu gün Venesuela millisinin futbolçusu Freddi Varqasın da "Neftçi"yə keçidi rəsmiləşib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az