İspaniya təmsilçisi "Atletiko" (Madrid) İngiltərənin "Çelsi" klubunun müdafiəçisi Renato Veyqanı transfer edə bilər.
Manset.az xəbər verir ki, 21 yaşlı futbolçunun özünün də La Liqada çıxış etmək arzusu var.
Mənbənin məlumatına görə, London klubu portuqaliyalı oyunçu üçün 40 milyon avro istəməyi düşünür. Bununla belə, madridlilər danışıqlar masasına əyləşməyə hazırdılar.
Qeyd edək ki, Veyqanın hazırkı müqaviləsi 2031-ci ilə qədərdir.