Mayk Maynyan "Milan"ın kapitanı oldu - 61 illik ənənəyə son

12:09 - 23 İyul 2025

Mayk Maynyan \"Milan\"ın kapitanı oldu - 61 illik ənənəyə son

İtaliyanın nəhəng futbol klubu "Milan" yeni mövsümə böyük dəyişikliklərlə başlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, fransız qolkiper Mayk Maynyan tarixə düşərək "Milan"ın kapitanı təyin edilib. Bu, İtaliya futbolunda uzun müddət davam edən ənənəyə son qoyub.

Mayk Maynyan, 1961-ci ildən bəri mövsümün əvvəlində "Milan"ın daimi kapitanı olan ilk əcnəbi futbolçu olub. 

Ötən mövsüm Davide Kalabria fəxri kapitan olmuşdu, amma bundan əvvəl 64 il ərzində yalnız italiyalılar bu vəzifəni daşıyırdı. Maynyan bu təyinatla "Milan"ın tarixində yeni bir dövrün başlanğıcını qoyur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az