İspaniyanın La Liqa təmsilçisi Real Sosyedad İngiltərənin Vulverhempton klubundan Portuqaliya milli komandasının üzvü olan Qonçalo Quedesi transfer edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İspaniya klubu, portuqaliyalı hücumçu ilə 2028-ci ilə qədər müqavilə imzaladığını açıqlayıb.
İmzalanma mərasimində çıxış edən 28 yaşlı futbolçu, "Çox yaxşı, hücum yönümlü və iddialı bir komandaya keçdim. Son illərdə komandanın göstərdiyi yüksək səviyyə və oynadığı oyun üslubu Real Sosyedadı seçməyimin əsas səbəblərindən biri oldu"-deyə, bildirib.
Qeyd edək ki, karyerası boyunca Benfika, Paris Sen-Jermen, Valensiya, Vilyarreal və ən son Vulverhempton klublarında forma geyən Guedes, 2019-cu ildə Portuqaliya milli komandası ilə UEFA Millətlər Liqasının çempionu olub.